Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma çərçivəsində valideynlər, defektoloq-loqoped, psixopedaqoq və məktəb psixoloqları üçün inklüziv təhsil istiqamətində “Pandemiya şəraitində sosial-psixoloji reabilitasiya: yaşam boyu inkişaf” adı altında ixtisasartırma kursunun ötən gün, 17 iyun 2020-ci il tarixində ikinci görüşü baş tutdu. Kurs çərçivəsində növbəti təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən“Yaş və İnkişaf Psixologiyası” şöbəsinin əməkdaşı – kiçik elmi işçi, Narınc Psixologiya Mərkəzinin 9-cu mkr. filialının “Yaş və İnkişaf Psixologiyası” şöbəsinin müdiri Türkan Mikayıllının “Xüsusi qayğıya ehtiyacı olan uşaqların erkən aşkarlanmasının əsas mərhələləri” və Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən “Yaş və İnkişaf Psixologiyası” şöbəsinin əməkdaşı, Narınc Psixologiya Mərkəzinin baş defektoloq-loqopedi Səbinə Nəsirovanın “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara səs qoyuluşunun metodikaları” mövzusunda təqdimatları əsasında keçirilmişdir.