Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilverənlər, təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün ölkəmizin müxtəlif bölgələrindən ümumilikdə 181 nəfər məktəb psixoloqu müraciət etmişdir. Müraciət edənlərin bilik və bacarıqları ilə tanış olmaq üçün onlayn müsahibə mərhələsi təşkil olunmuş, məktəb psixoloqlarına müxtəlif istiqamətlərdə suallar və situativ tapşırıqlar verilmiş, nəticələr dəyərləndirilmişdir.
Müsahibə mərhələsindən uğurla keçən 25 nəfər məktəb psixoloqu seçilmiş, onlar 1-4, 5-9, 10-11-ci siniflər üzrə qruplara bölünmüş və hər qrupa müvafiq mövzularda təlimlər tədris olunmuşdur.
Layihənin icrası 06.07.2020 tarixindən başlayır.Məktəb psixoloqlarına, o cümlədən layihənin icrasında əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk, fəaliyyətlərində uğurlar arzu edirik!