Dəyərli izləyicilərimiz, 16.07.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun institutun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlərin rəhbərlərilə onlayn görüşü baş tutmuşdur. Görüşdə görülən işlər müzakirə edilmiş, nəticələrə baxılmış, şöbələr və mərkəzlərin fəaliyyəti dəyərləndirilmişdir.
Daha sonra irəlidə görüləcək işlərin fəaliyyət planı təqdim edilmiş, təklif və tövsiyələr dinlənilmişdir.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq sədr Elnur Rüstəmova təşəkkürümüzü bildirir, hər bir şöbə və mərkəzimizə fəaliyyətində uğurlar arzu edirik!