Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən, 1-4-cü siniflərlə psixoloji iş aparan məktəb psixoloqları üçün 20.07.2020 tarixində superviziya keçirildi.
Superviziya Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında baş tutdu.
Superviziya “Bağlanma nəzəriyyəsi və onun təzahür formaları” mövzusuna həsr olundu, həmçinin məktəb psixoloqlarının çətinlik çəkdiyi məqamlar aydınlaşdırıldı.Mələk xanıma təşəkkürümüzü bildirir, məktəb psixoloqlarına uğurlar arzu edirik!