“Biz susaq, əllərimiz danışsın” mövzusunda vebinar

Maarifləndirici vebinarlarımız davam edir. 02.08.2020 tarixində “Biz susaq, əllərimiz danışsın” adlı növbəti vebinarımız baş tutdu. Vebinar Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə magistrantı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun lV Könüllü Fəaliyyət Qrupunun üzvü Aytac Qədirovanın təqdimatında baş tutdu. Vebinarda iştirakçılara işarə dilinin öyrənilməsi üçün ilkin məlumatlar və işarə dili əlifbası verildi.Vebinar iştirakçıların məmnunluğu ilə sona çatdı.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq savadlı gənc psixoloqumuza təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!

Son məqalələr

Online Qeydiyyat