“İşarə dili” Kursu

Dəyərli izləyicilərimiz, bir çoxlarınızın böyük həvəslə və maraqla gözlədiyiniz İŞARƏ DİLİ Kursunu sizə təqdim edirik:

Kurs Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə magistrantı Aytac Qədirovanın təqdimatında baş tutacaq.

Kursda sizə işarə dilinin öyrənilməsi üçün bütün məlumatlar veriləcək.

Kurs həftədə 2 dəfə olmaqla 3 ay davam edəcək, Zoom proqramı vasitəsilə keçiriləcək.

İlk modul: 08.09.2020, saat: 20:00-da baş tutacaq.

İştirak ödənişlidir.
Kursu bitirənlərə Sertifikat təqdim ediləcək.

İştirak etmək istəyənlərin öncədən qeydiyyatdan keçməsi zəruridir.
Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrəmiz : 070 268 27 08 (mobil / what’s App)

Son məqalələr

Online Qeydiyyat