ATV kanalında aparıcı Hacı Nuranın təqdimatında yayımlanan “İkinci həyat” verilişindən problemlərindən çıxış yolunun həllində psixoloji dəstəyə ehtiyacı olan xanıma psixoloji yardım göstərilməsi üçün Psixologiya Elmi-Tədqiqat İnstitutuna müraciət edildi.
İlk öncə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov müraciət edən xanımla görüşdü. İlkin psixoloji müayinə həyata keçirildi, dəyərləndirmə aparmaq üçün İnstitutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinə yönləndirildi, xanım psixoloji diaqnostikadan keçirildi, diaqnostikanın nəticələrinə əsasən terapiya planı və müdaxilə proqramı hazırlandı, müvafiq mütəxəssisimiz tərəfindən psixoloji problemlərin korreksiyası istiqamətində psixoterapiyaya başlanıldı.
Göstərdikləri etimad üçün “İkinci həyat” verilişinin komandasına təşəkkürümüzü bildiririk!