16.02.2021 tarixində başlayan və 20 saatlıq proqramı əhatə edən Klinik Psixologiya Kursumuz davam edir.
Qeyd edək ki, kurs Zoom platforması üzərindən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşları, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva və klinik psixoloq Nuranə Salmanlının təqdimatında tədris olunur.
Uğurla tədris olunan kurs üçün əməkdaşlarımıza təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!
Psixologiya Elmi-Tədqiqat İnstitutunda tədris olunan kurs və təlimlər haqqında ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)