11.03.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikolojik Danışmanlık ve Rehberlik Derneğinin birgə əməkdaşlıq çərçivəsində görüşü baş tutdu.
Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, institutun nəzdində fəaliyyət göstərən şöbə müdirləri, mərkəz direktorları,Türk Psikolojik Danışmanlık ve Rehberlik Derneğinin Genel kurul başkanı Oğuz Ozat, dergi başkanı prof.dr.Mehmet Engin Deniz, genel sekreter Mesut Yıldırım, eğitim başkanı Mustafa Kemer və kongre başkanı Erdel Hamarta iştirak etdilər.
Zoom platforması üzərindən baş tutan görüşün məqsədi birgə əməkdaşlıq çərçivəsində görüləcək işlərin fəaliyyət planını müzakirə etmək, əsas prioritet və istiqamətləri müəyyən etmək idi.
Səmimi görüş qarşılıqlı fikir mübadiləsi, təcrübə paylaşımı şəklində davam etdi.