Psixo-help – “Yeniyetməlik dövrü: problemlər və həlli yolları”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi “Psixo-help” adlı yeni layihəyə start verir.

Layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

Belə ki, “Psixo-help” layihəsi çərçivəsində həftədə 1 dəfə Zoom platformasında Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri tərəfindən ödənişsiz vebinarlar tədris olunacaq, sizi narahat edən problemlərə psixoloji müstəvidə aydınlıq gətiriləcək, suallarınız cavablandırılacaq.

Layihənin ilk görüşü 18.03.2021 tarixində saat 13:00-da baş tutacaq.

Qonağımız İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, uzman psixoloq Nəzrin Məmmədzadə, mövzu isə “Yeniyetməlik dövrü: problemlər və həlli yolları” olacaq.

İştirak ödənişsizdir. İştirak etmək üçün öncədən qeydiyyat mütləqdir!

Zoom platformasında 1000 nəfərlik kontingentimiz var və ilk qeydiyyatdan keçən 1000 nəfər iştirak edə biləcək.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)

Son məqalələr

Online Qeydiyyat