Dəyərli izləyicilərimiz, yaşadığınız hadisələrə, qarşılaşdığınız situasiyalara şema pəncərəsindən baxmaq istəyirsinizmi?
Elə isə sizi Türkiyədə fəaliyyət göstərən həmyerlimiz, klinik psixoloq Fəxriyyə Nəsirzadənin təqdimatında “Sxema (Şema) terapiya” adlı vebinara dəvət edirik.
Dünya Psixoloqlar Gününə həsr olunmuş vebinar 10.05.2021 tarixində saat 17:00-da Zoom platforması üzərindən tədris olunacaq, 2 saat davam edəcək.
Vebinarın proqramını sizə təqdim edirik:
Sxema terapiya nədir?;
Koqnitiv Bihevioral Terapiya və Sxema terapiya arasında oxşar ve fərqli cəhətlər;
Sxema terapiyanın məqsədi ve işlənmə metodları;
Sxemlər ve mod-lar nədir?;
Sxemaların xüsusiyyətləri; Sxemalarla başa çıxma metodları;
Problem mərkəzli yanaşma;
Sxemalarla işləmə texnikaları;
Şəxsiyyət pozuntuları və sxemalar.
Nəzəriyyə və zəngin təcrübəni özündə birləşdirən bol informasiyalı vebinarda iştirak edən hər kəsə Sertifikat təqdim ediləcək.
İştirak ödənişlidir.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)