Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Uşaq Psixologiya bölməsi valideynlər üçün növbəti maarifləndirici vebinarı təqdim edir.
“Uşaq depressiyaları: nevropatoloq və psixoloq yanaşması” adlı vebinar Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva və 4 saylı poliklinikanın nevropatoloqu Vəfa Əzimovanın təqdimatında baş tutacaq.
Vebinar 04.06.2021 tarixində saat 20:00-da Zoom platformasında həyata keçiriləcək. İştirak ödənişsizdir.
Zoom platformamızda 1000 nəfərlik kontingent var və ilk qeydiyyatdan keçən 1000 nəfərin iştirakı mümkün olacaq.
Ətraflı məlumat və qeydiyyat: 070 268 27 08 ( mobil / what’s App)