“UŞAQ PSİXOLOGİYASI üzrə STAJ PROQRAMI”

Psixologiya Elmi-Tədqiqat İnstitutu çoxdan gözlənilən “UŞAQ PSİXOLOGİYASI üzrə STAJ PROQRAMI”-na start verir.

60 saatlıq staj proqramı 48 saat nəzəri dərs və 12 saat praktik məşğələdən ibarət olacaq, 3 ay müddətində davam edəcək.

Proqrama DSM 5, Kaplan&Sadock, psixoterapiyada istifadə olunan dəyərləndirmə testləri və metodikalar daxildir.

Təlimçilər: ▫️Mətanət Əliyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq Psixologiya bölməsinin rəhbəri, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq.▫️Mələk Allahverdiyeva – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq.

Qeyd edək ki, staj proqramı üzrə dərslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı saat 10:00-12:00 aralığında tədris olunacaq.

İştirak edən hər kəsə proqram üzrə materiallar, sonda isə Sertifikat təqdim ediləcək.

Proqramda iştirak ödənişlidir. Öncədən qeydiyyat mütləqdir.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)

Son məqalələr

Online Qeydiyyat