Məktəb psixoloqları üçün “İmtahan stressi olan şagirdlərlə iş” mövzusunda vebinar

Məktəb psixoloqları üçün maarifləndirici vebinarlarımız davam edir.

Növbəti vebinar 27.06.2021 tarixində, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin İsazadənin təqdimatında baş tutdu.

“İmtahan stressi olan şagirdlərlə iş” mövzusunda vebinar Microsoft Teams platforması üzərindən həyata keçirildi, 2 saat davam etdi.

Nərmin xanım vebinar iştirakçılarına mövzu üzrə zəruri məlumatlar verdi, onların suallarını cavablandırdı.

Vebinar iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşımız Nərmin xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!

Son məqalələr

Online Qeydiyyat