Məktəb psixoloqları üçün nəzəri-praktik təlim

Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi məktəb psixoloqları üçün 2-ci dəfə Nəzəri və Praktik Təlim Proqramını təqdim edir.

Nəzəriyyə və praktikanı özündə birləşdirən 65 saatlıq təlim proqramı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və həmin mərkəzin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən tədris olunacaq.

Təlimlər Zoom platforması üzərindən çərşənbə və şənbə günləri saat 16:00-18:00 aralığında olmaqla həftədə 2 dəfə tədris ediləcək, 4 ay müddətində davam edəcək. Proqram çərçivəsində ilk təlim 30.06.2021 saat 16:00-da baş tutacaq. Proqramı bitirənlər məktəb psixoloqunun işinin təşkilinə dair nəzəri və praktik baza biliklərə yiyələnmiş olacaqlar.

Təlimlər ödənişli əsaslarla tədris olunacaq, iştirakçılara təlim materialları və Sertifikat təqdim ediləcək.

Ətraflı məlumat və qeydiyyat üçün əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Son məqalələr

Online Qeydiyyat