Psixologiya Elmi-Tədqiqat İnstitutu istəkləri nəzərə alaraq növbəti dəfə “PSİXOTERAPEVTİK TEXNİKALAR” adlı bol informasiyalı, praktik texnikalarla zəngin 6 saatlıq workshop proqramını təqdim edir!
“PSİXOTERAPEVTİK TEXNİKALAR” workshopu Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşları, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva və klinik psixoloq, thetahealer Nuranə Salmanlı tərəfindən həyata keçiriləcək.
Təqdim etdiyimiz workshopda iştirak etməklə siz, müxtəlif psixoloji pozuntuların terapiyası zamanı istifadə olunan 20 fərqli texnika ilə tanış olacaq, hər bir texnikanın praktikada tətbiqini öyrənəcək və öz praktikanızda tətbiq etməklə daha effektiv nəticələr əldə edəcəksiniz!
Proqramla tanış olmaq üçün səhifələri sola çevirin.
Workshop hər biri 3 saat olmaqla iki modul üzrə keçiriləcək, ümumi 6 saatı əhatə edəcək.
10.07.2021 və 11.07.2021 tarixlərində, saat 20:00 – da Zoom platformasında baş tutacaq.
İştirak edən hər kəsə materiallar və Sertifikat təqdim ediləcək.
İştirak ödənişlidir. Öncədən qeydiyyat mütləqdir.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)