02.10.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi V Könüllü Fəaliyyət Proqramına qəbul olanlarla ilk görüşümüz baş tutdu.
Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyeva, Layihələr və Korporativ Əməkdaşlıq Şöbəsinin əməkdaşı Nərmin İsazadə, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı, Könüllü Fəaliyyət Qrupunun koordinatorları, psixoloq Nigar Əsgərova və Ayşən Qərib iştirak etdilər.
Nərmin xanım çıxış edərək institutun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlər, onların əsas fəaliyyət istiqamətləri haqqında könüllülərə məlumat verdi, qarşıda görüləcək işlərlə bağlı prioritetləri qeyd etdi və başladıqları yeni yolda könüllülərin hər birinə uğurlar arzu etdi.
Nigar xanım və Ayşən xanım çıxış edərək Könüllü Fəaliyyət Proqramı haqqında ətraflı məlumat verdilər, proqram çərçivəsində həyata keçiriləcək planları qeyd etdilər, könüllülərə fəaliyyətlərində uğurlar arzu etdilər.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq qarşıdakı 6 ay müddətində yeni könüllü qrupumuzla bir çox uğurlu işlər görəcəyimizə inanır, qrupun hər bir üzvünə uğurlar diləyirik!