01.10.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda IV Könüllü Fəaliyyət Qrupunun Məzun Günü keçirildi.
Qeyd edək ki, məzun olan könüllülər 01.10.2019-01.10.2021 tarixlərində institutumuzda könüllü fəaliyyət göstərmişlər.
Məzun Günü tədbiri Könüllü Fəaliyyət Qrupunun üzvlərinin dəvəti ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edildi.
Məzun günündə açılış üçün nitq Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə Heyətinin sədri, professor Bəxtiyar Əliyevə verildi. Professor Bəxtiyar Əliyev 44 günlük Vətən müharibəsində Cənab Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdiyi şücaətdən, ötən ilin bu günü Hadrutun azad olunması tarixini vurğulayaraq bu dövrdə Azərbaycan xalqının dəmir yumruq kimi birləşməsindən bəhs etdi. Daha sonra psixologiya elminin inkişaf tarixindən, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Azərbaycanda psixologiya elminin inkişafına verdiyi töhfələrdən bəhs edərək məzun könüllülərimizi təbrik edib onlara uğurlar arzu etdi. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov hörmətli Bəxtiyar Əliyevə təşəkkürünü bildirməklə çıxışına başladı. Sədr öz çıxışında Psixologiya Elmi-Tədqiqat İnstitutunun fəaliyyət istiqamətlərinə toxundu, məzun könüllülərin Könüllü Fəaliyyət Proqramı çərçivəsində gördüyü işlərdən bəhs etdi, onları təbrik edərək tədbirin gedişatına uğurlar dilədi. Daha sonra isə Fəlsəfə elmləri doktoru Rəfail Əhmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, professor Ramiz Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının dosenti, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Elmi-metodiki və Təhsil Psixologiyası şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyeva, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyeva, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Könüllü Fəaliyyət Qrupunun koordinatoru, psixoloq Leyla Əliyeva, Könüllü Fəaliyyət Qrupunun koordinatoru, psixoloq Sevinc Məmmədzadə çıxış etdilər.
Məzun olduqları günə qədər bu müddət ərzində könüllülük proqramı çərçivəsində psixologiyanın müxtəlif sahələri ilə bağlı bir çox təlimlər, qrup terapiyaları, keyz analizləri və psixoloji diaqnostikalarda, bununla yanaşı psixologiya sahəsi üzrə dünya təcrübəsinin bizim cəmiyyətə inteqrasiyasında yeni tərcümə işlərində, psixodiaqnostik testlərin adaptasiyasında ve tədqiqat işlərində fəal iştirak etdilər. 21 mart daun sindromlu şəxslərin ve 2 aprel autizm spektr pozuntulu şəxslərin fərqindəlik günü ilə bağlı videolayihələrdə de aparıcı rol oynadılar.
44 günlük Vətən müharibəsi dövründə Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində yaradılmış Təşəbbüs Qrupunda təmsil olunan könüllülərimiz istər müharibə dövründə, istərsə də müharibədən sonra kollektivimizlə birlikdə müharibə iştirakçıları və onların ailələrinə maddi və mənəvi , eyni zamanda həyata keçirilən digər bütün dəstək tədbirlərində yaxından iştirak etmişdilər.
#psixoloq#psixologiya#könüllü#tədbir#psixologiyaelmitədqiqatinstitutu