Dəyərli izləyicilərimiz, 30.10.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Uşaqlarda qida pozuntuları” vebinarından görüntüləri sizə təqdim edirik.
Təlimçilər: Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin Fərəcli və Can klinikasının dietoloqu Ceyhunə Yusifova.
Zoom platforması üzərindən tədris olunan vebinarda Nərmin xanım və Ceyhunə xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. Görüş iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.
Qeyd edək ki, vebinarın məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.
#vebinar#psixohelp#psixolojiyardım#psixologiyaelmitədqiqatinstitutu#psixolojixidmətvəreabilitasiyamərkəzi