Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi qalibi olan “Ümumi təhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiəsinin təmin edilməsi” layihəsi çərçivəsində əməkdaş məktəblərin inzibati heyətinin I qrupu üçün təlimimiz reallaşdı. Təlimdə Bakı şəhəri 238 nömrəli, 93 nömrəli tam orta məktəb və 16 nömrəli THL müəllim heyəti iştirak edirdi. Təlimdə şagirdlərin psixoloji probleminin ilkin diaqnostikası, məktəb mühitində qısnama və zorakılığa məruz qalan və bullinq törədən şagirdlərin müəyyən olunması, onlarla bağlı statistikaların hazırlanması və dinamikasının tədqiqinin aparılması istiqamətində tövsiyyələr verildi.