Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021- ci il 5 yanvar tarixli Sərancamı ilə 2021-ci ilin ” Nizami ili” elan edilməsi ilə əlaqədar 17 dekabr 2021 ci ildə Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, başəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış Nizami Gəncəvinin 880 ci ildönümünə həsr olunmuş “Mən fikirlər ustadıyam, fəzilətim bir ümmandır” adlı konfransa məqalə qəbul olunur.
Məqalə şərtlərinə daxildir:
•Sağ küncdə müəllifin adı (normal qaydada, Bold şriftlə, ölçü – 12), soyadı (böyük hərflərlə, Bold şriftlə, ölçü – 12).
•1 sətir aşağıda: iş yeri və ya oxuduğu, yaxud doktorantı/dissertantı olduğu ali məktəbin, fakültənin/ yaxud ixtisasın adı, kursu (Bold İtalic hərflərlə, ölçü – 12)
•1 sətir aşağıda: e-mail ünvanı (adi şriftlə, ölçü – 12)
•Mövzunun adı 1 sətir aşağıda, ortada yazılmalıdır (Bold, böyük hərflərlə, ölçü – 12).
• Magistrantlar üçün: 1 sətir aşağıda, sağ tərəfdə: elmi rəhbərin elmi dərəcəsi (fəlsəfə doktoru/elmlər doktoru), adı, soyadı, işlədiyi ali məktəbin adı və elmi adı (dosent/professor) yazılmalıdır (adi şriftlə)
•1 sətir aşağıda mövzuya aid 3-5 açar söz yazılmalıdır (tezisin yazıldığı dildə, adi şriftlə).
Açar sözlər olmayan tezislərə baxılmayacaq!
•1 boş sətirdən sonra əsas mətn yığılmalıdır. Mətn Word proqramında yığılmalıdır: kağızın formatı – A4; sənədin formatı – doc.; docx.; şrift – TimesNewRoman (digər şriftlərlə yığılmış tezislər qəbul olunmayacaqlar; ölçü – 14; sətirlərarası interval -1).
• Həcmi 1-3 səhifə (tezisin və müəllifin, oxuduğu/ doktorantı, dissertantı olduğu ali məktəbin və fakültənin/ müəssisənin adı, müəllifin e-mail ünvanı, elmi rəhbərin adı, açar sözlər və ədəbiyyat nəzərə alınmamaqla) ola bilər
• Tezislər azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur (açar sözlər də həmçinin)
• Mövzudan asılı olaraq tezisdə istinadlar verilməyə bilər. Lakin sonda tezisin hazırlanması üçün istifadə edilmiş ədəbiyyat siyahısı mütləq göstərilməlidir (əlifba sırası ilə). Ədəbiyyat siyahısı olmayan tezislərə baxılmayacaq!
• Konfransa təqdim olunmuş tezislərin təşkilat komitəsi tərəfindən qəbul olunması halında toplu şəklində çap versiyasının hazırlanması nəzərdə tutulur. Tezislərin göndərilmə vaxtı bitdikdən sonra çap olunmaq üçün seçilən tezislər elan olunacaq, müəlliflər e-mail vasitəsilə məlumatlandırılacaqlar. Təşkilat komitəsi tərəfindən çapa məsləhət görülməyən tezislər çap olunmayacaqdır və bu haqda həmin əsərlərin müəlliflərinə məlumat veriləcəkdir.
Email ünvanımız: [email protected]
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)