17.09.2022-ci il tarixində Ailə danışmanlığı ixtisaslaşma kursunun növbəti canlı dərsi baş tutdu.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloqu, BDU-nun müəllimi, doktorant Mətanət Əliyevanın təqdimatında keçirilən kursun mövzusu “Ailələrlə işdə mak kartların tətbiqi” olmuşdur.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Mətanət Əliyevaya zəngin bilik və təcrübəsini paylaşdığı üçün təşəkkürümüzü bildiririk.
Kurs ümumilikdə 450 saatlıq tədris proqramı ilə həftədə 2 dəfə 6 saat olmaqla, 6 ay müddətində davam edəcək. Tədris Yıldız Teknik Universitetinin professor və dosent heyəti və yerli mütəxəssislər tərəfindən online və canlı olaraq baş tutacaqdır.
Proqram iştirakçılarına ailə psixoterapiyasına aid yeni metodlar, o cümlədən illərin təcrübəsindən keçmiş yanaşmalar tədris olunacaq. Kursun sonunda imtahan nəticələrinə əsasən Beynəlxalq Sertifikat təqdim olunacaq.
Proqramda yalnız psixologiya, sosiologiya, sosial iş, təhsildə sosial-psixoloji xidmət, korreksiyaedici təlim ixtisasını bitirmiş və ya təhsili davam edən (3-cü və 4-cü kurs tələbələri) şəxslər, həkimlər və rezidentura tələbələri iştirak edə bilərlər. İştirakçı sayı limitlidir, öncədən qeydiyyat mütləqdir.
Sərbəst şəkildə psixoloq kimi fəaliyyət göstərmək üçün bu inanılmaz fürsəti qaçırmayın.
Qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)