14.11.2022-ci il tarixində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” layihəsindən qalib olmuş “Tibb heyətinə psixoloji dəstək proqramı” layihəsinin ilk dərsi keçirilmişdir.
Dərs Microsoft Teams platforması üzərindən Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunmuşdur.
Təlimdə “Müasir dövrdə ən çox rast gəlinən psixoloji problemlər” mövzusundan bəhs olunmuşdur. Dərs zamanı iştirakçılara nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verilmişdir.
Dərsin sonunda Mətanət xanım iştirakçılarla müzakirələr aparmış, fikir mübadiləsi etmiş və onların suallarını cavablandırmışdır.