“Tibb heyətinə psixoloji dəstək proqramı”nın növbəti dərsi baş tutmuşdur

16.11.2022-ci il tarixində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” layihəsindən qalib olmuş “Tibb heyətinə psixoloji dəstək proqramı” layihəsinin üçüncü dərsi keçirilmişdir.

Dərs Microsoft Teams platforması üzərindən Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Mələk Allahverdiyeva tərəfindən tədris olunmuşdur.

Təlimdə “Stress sizin üçün nədir?” və “Stress anlayışının xüsusiyyətləri” mövzusundan bəhs olunmuşdur. Dərsdə “Stress yaradan faktorlar”, “Stresin mərhələləri”, “Stressorların qarşısının alınması üsulları” kimi məsələlərə toxunulmuşdur. Təlim zamanı iştirakçılara nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verilmişdir.

Dərsin sonunda Mələk xanım iştirakçılarla müzakirələr aparmış, fikir mübadiləsi etmiş və onların suallarını cavablandırmışdır.

Son məqalələr

Online Qeydiyyat