18.11.2022-ci il tarixində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” layihəsindən qalib olmuş “Tibb heyətinə psixoloji dəstək proqramı” layihəsinin dördüncü dərsi keçirilmişdir.
Dərs Microsoft Teams platforması üzərindən Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Fuad Əsədov tərəfindən tədris olunmuşdur.
Təlimdə “Şəxsi münasibətlər sistemi”, “Kollektivdaxili münasibətlər” və “Ünsiyyət stilləri və onların doğru istifadəsi” mövzularından bəhs olunmuşdur. Dərsdə “Şəxsi münasibətlərdə uşaq-valideyn-yetkin rolları”, “Ünsiyyətin növləri”, “Düzgün özünü ifadə” kimi məsələlərə toxunulmuşdur. Təlim zamanı iştirakçılara nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verilmişdir.
Dərsin sonunda Fuad bəy iştirakçılarla müzakirələr aparmış, fikir mübadiləsi etmiş və onların suallarını cavablandırmışdır.