“Tibb heyətinə psixoloji dəstək proqramı”nın növbəti dərsi baş tutmuşdur

22.11.2022-ci il tarixində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” layihəsindən qalib olmuş “Tibb heyətinə psixoloji dəstək proqramı” layihəsinin beşinci dərsi keçirilmişdir.

Dərs Microsoft Teams platforması üzərindən Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Fuad Əsədov tərəfindən tədris olunmuşdur. Təlimin mövzusu “İş münasibətləri sistemi” olmuşdur.

Təlimdə “İş münasibətlər sistemi”, “Kollektivdaxili münasibətlər” və “Ünsiyyət stilləri və onların doğru istifadəsi” kimi məsələlərə toxunulmuşdur. Təlim zamanı iştirakçılara nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verilmişdir.

Dərsin sonunda Fuad bəy iştirakçılarla müzakirələr aparmış, fikir mübadiləsi etmiş və onların suallarını cavablandırmışdır.

Son məqalələr

Online Qeydiyyat