“Tibb heyətinə psixoloji dəstək proqramı”nın növbəti dərsi baş tutmuşdur

23.11.2022-ci il tarixində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” layihəsindən qalib olmuş “Tibb heyətinə psixoloji dəstək proqramı” layihəsinin altıncı dərsi keçirilmişdir.

Dərs Microsoft Teams platforması üzərindən Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Mələk Allahverdiyeva tərəfindən tədris olunmuşdur. Təlimin mövzusu “Stressin növləri”, “Bağlanma nəzəriyyəsinin stressə təsiri” olmuşdur.

Təlimdə “Stressin yaranma mərhələləri”, “Bağlanma stilləri” və “Güvənli bağlanma və güvənsiz bağlanma” kimi məsələlərə toxunulmuşdur. Təlim zamanı iştirakçılara nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verilmişdir.

Dərsin sonunda Mələk xanım iştirakçılarla müzakirələr aparmış, fikir mübadiləsi etmiş və onların suallarını cavablandırmışdır.

Son məqalələr

Online Qeydiyyat