25.11.2022-ci il tarixində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi” layihəsindən qalib olmuş “Tibb heyətinə psixoloji dəstək proqramı” layihəsinin yeddinci dərsi keçirilmişdir.
Dərs Microsoft Teams platforması üzərindən Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova tərəfindən tədris olunmuşdur. Təlimin mövzusu “Stressin idarə olunması nə deməkdir? Stressin fərdi idarə olunması” olmuşdur.
Təlimdə “Stressin yaranma mərhələləri”, “Stressin idarə olunması üsulları” kimi məsələlərə toxunulmuşdur. Təlim zamanı iştirakçılara nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verilmişdir.
Dərsin sonunda Ülviyyə xanım iştirakçılarla müzakirələr aparmış, fikir mübadiləsi etmiş və onların suallarını cavablandırmışdır.