Uşaq İnkişafı və Psixologiyası Kursu Rəsmi İxtisasartırma təhsilinin ikinci qrupunun ilk canlı dərsi baş tutub

10.12.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Doç.Dr. Seydi Ahmet Satıcının təqdimatında #Uşaq İnkişafı və Psixologiyası Kursu Rəsmi İxtisasartırma təhsilinin ilk CANLI dərsi baş tutub.

Doç.Dr.Seydi Ahmet Satıcı iştirakçılarla uşaq və yeniyetmələrdə düzgün inkişaf, asılılıq, uşaqların davranış və vərdişlərini idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, özünütərbiyə mövzularında zəngin bilik və təcrübəsini bölüşüb. Eyni zamanda, yeniyetməliyin inkişaf xüsusiyyətləri, yeniyetməlik dövründə şəxsə təsir edən bioloji, psixoloji və mühit amilləri, insanlara münasibətləri, valideynləri ilə münasibətləri, cəzalandırma/mükafatlandırma sisteminin qurulması mövzularına toxunub.

Daha sonra Doç.Dr.Seydi Ahmet Satıcı iştirakçılarla müzakirələr aparıb, onların fikirlərini dinləyib.

İştirakçılara uğurlar arzu edirik !

Online Qeydiyyat