Psixologiya Elmi-Tədqiqat İnstitutunun Türkiyənin Yıldız Teknik Üniversitesi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən Uşaq Psixologiyası və İnkişafı (#ÇocukGelişimivePsikolojisi) rəsmi ixtisasartırma təhsilinin nöbəti dərsi 17.12.2022-ci il tarixində, saat 10:00-18:00-da baş tutacaqdır. Dərs Prof.Dr. Ali Eryılmaz tərəfindən Teams platforması üzərindən online şəkildə həyata keçiriləcəkdir.
Ümumilikdə proqram 162 saat-72 saat canlı, 90 saat online nəzərdə tutulmuşdur.
Proqrama aşağıdakı mövzular daxildir:
Uşaqlarda davranış pozuntuları
Cinsi inkişaf və cinsi tərbiyə
İnkişaf psixopatologiyası
Uşaq inkişafında klinik texnikaların tətbiqi
Üstün zəkalı uşaqların inkişafı və təhsili
Montessori yanaşması
Uşaqlarla düzgün ünsiyyət bacarıqlarının formalaşdırılması
Uşaq və yeniyetmələr üçün psixoloji testlər
Məktəbəqədər yaş dövründə inkişaf
Valideynlik. Valideynlik bacarıqları
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və valideynləri
Məktəbəqədər yaş dövründə şəxsiyyətin və dəyərlərin formalaşdırılması təlimi
Məktəbəqədər yaş dövründə emosional və davranış pozuntuları
Nitq problemlərinin təsnifatı
Nitq problemlərini yaradan səbəblər
Nitq pozuntularının simptomatikası
Kiçik yaşlı məktəblilərdə emosional və davranış pozuntuları
Uşaq və yeniyetmələrdə düzgün (tipik) inkişaf
Uşaq və yeniyetmələrdə asılılıq
Uşaqların davranış və vərdişlərini idarəetmə bacarıqlarının təkmilləşdirilməsi.
Özünütərbiyə.
Uşaq və yeniyetmələrdə məktəbə adaptasiya
Uşaqlarda sosial və emosional inkişaf
Uşaqlarda inkişaf pozuntular
Ödəniş 650 azn, birbaşa ödəsəniz 550 azn, hissə-hissə ödəsəniz ayda 130, tələbəsinizsə ayda 100 azn təşkil edir.
Qeyd edək ki, ilin son qrupu üçün qeydiyyatın bitməsinə 3 gün qalıb.
Qeydiyyat keçmək üçün 055 294 27 00 (Mobil/What`s App) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.