Sosial şəbəklər çökərsə bu insanlara necə təsir göstərər?

Sosial şəbəkələr demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əlaqə yaratmaqdan tutmuş, yeni informasiya əldə etməyə qədər sosial şəbəkə köməyimizə gəlir. Bəzən saatlarla, hətta günün yarısını virtual əlaqə yaratmaq üçün Facebook, Whatsapp, İnstagram-da aktiv oluruq. Bunun zərərləri, faydaları ilə də elə də maraqlanmırıq. Maraqlıdır, dünya üzrə sosial şəbəklər çökərsə bu insanlara necə təsir göstərər?

Ednews mövzu ilə bağlı ekspertlərin rəyini öyrənib. Cavabları təqdim edirik.

Psixoloq Elnur Rüstəmov açıqlamasında bildirdi ki, sosial şəbəkələr tamamilə çöksə insanlarda yeni davranış və ünsiyyət modeli yaranar. Bu gün elə fəaliyyət, xidmət sahələri var ki, orada sosial şəbəkələrə giriş ya məhduddu, ya da tam mükünsüzdü. Ancaq orada fəaiyyət göstərən insanlar yaşayırlar.

“Deyərdim, bununla bağlı xüsusi bir problem də yaşamırlar. Hər bir sosial qrupun özünün davranış və ünsiyyət modeli olur. Həmin sosial qrup qaydalar əsasında fəaliyyət göstərir. Qrup dinamikası qrupun fəaliyyətini tənzimləyir. Sosial şəbəkələrdə əsas məqsəd informasiyanın daha çox insanlara çatdırılmasıdır. O informasiyanın məzmunu isə fərdə başlıdı. İnsandan insana dəyişir. Bu gün problem birbaşa sosial şəbəkə ilə bağlı deyil. Sosial şəbəkənin mahiyətinin insanlardan tərəfindən eyni şəkildə dərk edilməməsi ilə bağlıdır.

Və bu gün sosial şəbəkələr çöksə, hansısa səbəblərdən fəaliyyətini dayandırsa, düşünürəm insanlar bir müddət sonra yeni reallığa uyğunlaşacaqlar. Çətin adaptasiya olan insanlar isə psixoloji gərginlik, sarsıntı yaşaya bilərlər”.

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, sosial şəbəkələri ilan zəhərinə bənzədirəm. Düzgün istifadə edəndə ən qiymətli dərmandır. Dozasını artıranda təhlükəli olur, öldürür. O, qeyd etdi ki, yalnız bağlamaq, qadağan etmək olar. Bu isə həm ölkəni gülünc vəziyyətə salar, həm də insanlarda xeyli psixoloji gərginlik yaradar. Amma sosial şəbəkələrə münasibət hökmən dəyişməlidir.

“Sosial şəbəkələr artıq həyatımızın bir atributudur. Onsuz, müasir həyatı təsəvvür etmək mümkün deyil. Onun çökməsi də mümkün deyil. Sosial şəbəkələr də ictimai yerlərdir. Ona görə buranın da öz ictimai yerlər kimi öz qayda-qanunu olmalıdır. İctimai yerlərə kim necə gəldi, istədiyi paltarda, istədiyi davranışda çıxa bilmədiyi kimi, burada da belə məhdudiyyətlər olmalıdır”.

Sosioloqun sözlərinə görə insanlarda sosial şəbəkədən istifadə mədəniyyəti, buradakı  uyğunsuz davranışa ictimai qınaq olmalıdır. Yoxsa, sosial şəbəkələr əhali arasında hətta söyüşləri adiləşdirib”.

“Birisi, ən iyrənc söyüş yazır, səsləndirir, başqaları qadınlı, kişili o söyüşü təqdir edir, alqışlayır, təkrar edir. Pornoqrafik, narkotika təbliğ edən, başqa zərərli materialları paylaşmaq adi hal alıb. Təkrar edirəm, ictimai yerlərdə olduğu kimi belə hallara yol verilməməlidir. Sosial şəbəkələrin çox böyük imkanları var və ondan faydalı şəkildə istifadəyə olduqca böyük ehtiyac var. Bunun üçün qanuni baza və lazımi mexanizmlər yaradılmalıdır”.

Mənbə: https://ednews.net/az/news/society/561768-sosial-sebekeler-cokerse

Son məqalələr

Online Qeydiyyat