Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib.
Görüşdə “Yeniyetmələrdə psixoloji sağlamlıq ilə məktəbdən məmnunluğun qarşılıqlı əlaqəsində imtahan həyəcanının vasitəçi rolu” mövzusunda aparılan elmi araşdırmanın yekun işləri müzakirə olunub.
Daha sonra növbəti tədqiqat barədə müzakirə aparılıb və bu istiqamətdə gələcək planlar barədə qərar qəbul olunub.