Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib.
Görüşdə “Yeniyetmələrdə akademik özünəinam, ertələmə və psixoloji rifah arasında əlaqə” mövzusunda aparılan elmi-tədqiqat işi yekunlaşdırılıb. Doç.Dr.Seydi Ahmet Satıcı yekunlaşdırılmış məqalənin analizini qrafiki təsvirlə verib.
Daha sonra “Müəllimlərdə emosional intellekt ilə iş məmnunluğu arasında psixoloji sıxıntının vasitəçi rolu” mövzusunda yazılan məqalənin istiqamətləri, paraqrafları, əlavə ediləcək bəndlər və bununla bağlı görüləcək işlər müəyyənləşdirilib.
Görüşün sonunda “Uşaqların Psixoloji Stress Şkalası-10” (Children Psychological Distress Scale-10) test metodunun istifadə qaydaları müəyyənləşdirilib.