Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən 2022-ci ilin oktyabrın 22-si keçirilən “Əbdül Əlizadə fenomeni: Azərbaycan psixologiyasının tarixi və inkişaf perspektivləri” adlı respublika elmi konfransına təqdim olunmuş tezis və məqalələr toplusu çap olunub. Kitab 45 tezis və məqalədən, o cümlədən 4 bölmədən ibarətdir.
- Əbdül Əlizadə fenomeni: şəxsiyyəti və elmi yaradıcılığı
- Ümumi psixologiya
- İnkişaf və yaş psixologiyası
- Sosial və pedoqoji psixologiya. Pedoqogika
Tezis və məqalələr toplusu Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının 24 noyabr 2022-ci il tarixli iclasının (protokol No7) qərarına əsasən çap edilib.