Psixologiya Elmi-Tədqiqat İnstitutu və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov tərəfindən mediatorlara “Ailə münasibətləri mediasiyasında psixoloqların rolu” mövzusunda təlim keçirilib.
Elnur Rüstəmov ailə psixologiyası, onun yaranma tarixi haqqında məlumat verib. O həmçinin ailə münasibətlərinin düzgün qurulması, ailə üzvləri arasında problemlərin həlli istiqamətində mediatorların rolu barədə danışıb və daha sonra onların suallarını cavablandırıb.