Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır.
Su çərşənbəsi münasibətilə hər kəsi təbrik edirik! Su kimi təmiz, aydın, saf ömür diləyirik!