Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva “İmtahan stresi və onun idarə olunması” mövzusunda abituriyentlərlə onlayn görüş keçirəcək. Təlim 3 mart saat 20:00-da “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək.
Məqsəd cari ilin 5 və 12 mart tarixlərində həyata keçiriləcək buraxılış imtahanında iştirak edəcək abituriyentlərə imtahan öncəsi stres və həyəcanı idarə etmək üçün psixoloji texnikları öyrətmək, eyni zamanda, onların mövzu ilə bağlı suallarını cavablandıraraq imtahana psixoloji hazırlıqda dəstək olmaqdır.
Təlim ödənişsizdir.
Təlimə qatılmaq üçün 070 268 27 08 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.