Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin aylıq hesabat iclası keçirilib. İclasda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Aydan Nəzərova, institutun şöbə müdirləri və əməkdaşlar iştirak ediblər. Mərkəzin direktoru, psixoloq Aydan Nəzərova Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. Eyni zamanda, mərkəz üçün nəzərdə tutulan işlər və həmin işlərin istiqamətləri müəyyənləşdirilib.
Daha sonra institutun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov aparılan elmi-tədqiqat işləri ilə bağlı məlumat verib.