Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının məqaləsi “Scopus” indeksli jurnalda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları, tibb üzrə fəlsəfə doktoru Gülay Məmmədzadə, psixoloqlar Mətanət Əliyeva, Ülviyyə Nəhmətova və klinik-psixoloq Fuad Əsədovun həmmüəllifi olduqları “Azərbaycanlı yeniyetmələrin nümunəsində psixoloji dözümlülük, imtahan narahatlığı və məktəb məmnuniyyəti arasında əlaqələr” (Relations among psychological resilience, exam anxiety, and school satisfaction in a large sample of Azerbaijani adolescents) adlı məqalə “Scopus”, eləcə də “ERIC”, “EBSCO”, “Index Copernicus”, “DOAJ” kimi beynəlxaq indeksli elmi bazalarda yer alan “European Journal Educational of Research” junalının aprel ayında çap olunmuş 12-ci sayında dərc edilib.Linkə keçid edərək məqalə ilə tanış ola bilərsiniz.