14.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib.
Təlim institutunun əməkdaşları klinik-psixoloq Mələk Allahverdiyeva, klinik-tibbi psixoloq Fuad Əsədov və psixoloq Ülkər Zalova-Nuriyeva tərəfindən aparılıb. Məktəb psixoloqları heyətinin birinci qrup iştirakçıları üçün klinik-psixoloq Mələk Allahverdiyeva “Fobiyalar”, psixoloq Ülkər Zalova-Nuriyeva “Zəif nəticə göstərən və üstün zəkalı uşaqlar” və klinik-tibbi psixoloq Fuad Əsədov “Koqnitiv davranış terapiyası” mövzusunu tədris ediblər.
Digər qrup məktəb psixoloqlarına klinik psixoloq Mələk Allahverdiyeva “CAT-Children Apperception Test” mövzusunu tədris edib.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 100 nəfər məktəb psixoloqunun iştirak etməsi nəzərdə tutulub. Təlimlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarının təkmilləşdirilməsi, təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.