Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və Türkiyənin Yıldız Teknik Universitetinin Təhsil fakültəsinin dekanı, Prof.Dr.Mehmet Engin Deniz görüş keçiriblər. Görüşdə birgə əməkdaşlıq çərçivəsində davan edən ixtisasartırma kursları, elmi-tədqiqat işləri, layihələr müzakirə olunub. Sədr Elnur Rüstəmov yekunlaşdırılmış və hazırda davam edən ixtisasartırma kurslarının Azərbaycanda yeni kadrların inkişafında olduqca uğurla nəticələndiyini qeyd edib.
O həmçinin vurğulayıb ki, təhsil sahəsində aparılan təlim-tədris işləri, xüsusilə, məktəb psixoloqlarının inkişafına, eləcə də şagirdlərə göstərilən psixoloji dəstək xidmətinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarıb.
Elnur Rüstəmov bildirib ki, son bir neçə ay ərzində həyata keçirilən elmi-tədqiqat işlərinin nəticəsi olaraq bir elmi məqaləmiz “Scopus”, eləcə də “ERIC”, “EBSCO”, “Index Copernicus”, “DOAJ” kimi beynəlxaq indeksli elmi bazalarda yer alan “European Journal Educational of Research” junalının aprel ayında çap olunmuş 12-ci sayında dərc edilib. Professor Engin Deniz institutda psixologiya sahəsində görülən işləri yüksək qiymətləndirib, Yıldız Teknik Universiteti ilə əməkdaşlığın bu işlərin davamlı və uğurlu olmasına töhfə verəcəyini qeyd edib.
Daha sonra həyata keçirilməsi nəzərdə tutulan elmi-tədqiqat işləri və layihələr müzakirə edilib.