“Ailə psixologiyası” kursunun növbəti dərsi baş tutub

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Ailə psixologiyası” kursunun növbəti dərsi baş tutub. Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva “Ailə psixoterapiyasında metaforik assosiativ kartların istifadəsi” mövzusunda dərs keçib.

Qeyd edək ki, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Ailə psixologiyası” kursuna ailə psixoloqu olmaq istəyən və ailə psixoterapiyasını öyrənmək istəyən şəxslər qoşula bilərlər. 450 saatı əhatə edən dərslər 10 ay müddətində keçirilir və dərslər 7 yerli və 9 xarici mütəxəssis tərəfindən aparılır.

Son məqalələr

Online Qeydiyyat