Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib. İnstitutun elmi tədqiqat qrupunun görüşündə qrup üzvləri “Məktəb məmnunluğu”,”Emosional tükənmişlik sindromu” (Burn out) məqalələrinin discussion hissəsini müzakirə ediblər, əldə edilmiş dataların analizini aparıblar və Doç.Dr.Seydi Ahmet Satıcı məqalənin modelləməsini üzvlərə göstərib. Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin əməkdaşları “Sosial bağlılıq, psixoloji dözümlülük və psixoloji rifah arasında əlaqə” adlı məqalənin discussion, limitation və reference hissələrini müzakirə edilər.