“II Psixologiya Zirvəsi” beynəlxalq elmi-praktik konfransı işinə başlayıb.
İyunun 3-də Bakı Slavyan Universitetində (BSU) Psixologiya Elmi Tədqiqatİnstitutunun və “Müasir Azərbaycan psixoloqları” İctimai Birliyinin birgətəşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində (“Psixologiya Zirvəsi-2) “COVID-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixolojirifah” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.
İki gün davam edəcək beynəlxalq konfransda yerli və xarici tədqiqatçılar, alimlərvə təhsil işçiləri iştirak edirlər.
Əvvəlcə konfransın iştirakçıları, o cümlədən qonaqlar Fəxri xiyabanda ÜmummilliLider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və güldəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yadolunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Konfransı giriş sözü ilə açan Milli Məclisin Elm və təhsil komitəsinin sədriAMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev konfransın böyük ənənələrəsahib olan universitetdə keçirilməsinin əhəmiyyətini qeyd edib. Deputat tədbirinUlu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmasının xüsusiönəm daşıdığını bildirib. Bəxtiyar Əliyev ötən əsrin 70-ci illərində hakimiyyətəgələn Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə, xüsusilə elm sahəsindəapardığı islahatlardan danışıb. Ümummilli Lider Heydər Əliyevin SSRİ-ninnüfuzlu ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusidiqqət yetirdiyini söyləyən professor Azərbaycanda təhsil islahatlarının onuntəşəbbüsü ilə başladığını və bu gün də bu ənənənin uğurla davam etdiyini bildirib. Tədbirdə qardaş Türkiyənin geniş tərkibli nümayəndə heyətinin iştirakını qeydedən deputat COVID-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya vəpsixoloji rifaha həsr olunmuş konfransın bu istiqamətdə aparılacaq elmiaraşdırmalara, həmçinin əhalinin psixoloji rifahının yüksəldilməsinə öz töhfəsiniverəcəyinə əminliyini ifadə edib.
Rektor Anar Nağıyev BSU kollektivinin “Heydər Əliyev İli” çərçivəsində keçiriləntədbirlərə çox böyük fərəhlə qoşulduğunu diqqətə çatdırıb. O, 2022/2023-cü tədrisilində ilk dəfə III qrup üzrə bakalavriat səviyyəsində psixologiya vəkorreksiyaedici təlim ixtisası üzrə tələbə qəbulu həyata keçirildiyini deyib, yeniixtisaslara qəbulun 100 faiz olduğunu vurğulayıb. BSU-da psixologiyanıntədrisinin həm elm, həm də kadr hazırlığı istiqamətində köklü ənənələri olduğunudeyən rektor universitetin təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə həmbakalavr, həm magistratura, həm də təkrar ali təhsil səviyyələrində kadr hazırlığınıhəyata keçirdiyini söyləyib. Bu səpkidə konfransların təşkilinin beynəlxalq təcrübədən yararlanmaq, peşəkar mütəxəssislərdən öyrənmək baxımından böyük əhəmiyyət daşıdığını qeyd edən Anar Nağıyev türkiyəli professor-müəllim heyətinə, qonaqlara, iştirakçılara təşəkkürünü bildirib, universitetin hər zaman əməkdaşlıqlara açıq olduğunu deyib.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru ElnurRüstəmov institutun məqsədinin Azərbaycanda psixologiya üzrə fundamentaltədqiqatlar aparılması, yüksəkixtisaslı kadrların hazırlanması olduğunu qeydedərək, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələrdən danışıb. ElnurRüstəmov çıxışında müəssisənin yarandığı gündən psixologiya sahəsində elmiaraşdırmalara xüsusi diqqət ayırdığını bildirib.
O vurğulayıb ki, cari ilin 5 ayında 2 tədqiqat işi indeksli jurnallarda çap olundu. Qeyd edilib ki, aprel ayında “Azərbaycanlı yeniyetmələrin nümunəsində psixoloji dözümlülük, imtahan narahatlığı və məktəb məmnuniyyəti arasında əlaqələr” (Relations among psychological resilience, exam anxiety, and school satisfaction in a large sample of Azerbaijani adolescents) adlı tədqiqat işi “Scopus”, eləcə də “ERIC”, “EBSCO”, “Index Copernicus”, “DOAJ” kimi beynəlxaq indeksli elmi bazalarda yer alan “European Journal Educational of Research” junalında çap edilib. May ayında isə “Emosional intellektin müəllimlərin iş məmnunluğuna təsiri: Psixoloji narahatlığın vasitəçi rolu” (The Impact of Emotional Intelligence on Teachers’ Job Satisfaction: Mediating Role of Psychological Distress) adlı tədqiqat məqaləsi “Web of science” beynəlxalq elm platformasında yer alan “Beynəlxalq təhsil elmləri” jurnalının (International Journal of educational Sciences) may ayında çap olunmuş 41-ci sayında dərc olunub. O, “Azərbaycan həkimlərində pandemiya sonrası iş tükənməsi: psixoloji dayanıqlığın və ümidin rolu” araşdırma məqaləsinin beynəlxalq indeksli “Health Psychology Open” jurnalına çapa göndərildiyini, həmin tədqiqat işi 303 həkimlə aparılan sorğu əsasında həyata keçirildiyini deyib. Elmi araşdırmaların uğurla davam etdiyini söyləyən Elnur Rüstəmov yeni məqalələrin hazırlandığını bildirib. Sədr həmçinininstitutun fəaliyyətində son günlərdə xüsusi əhəmiyyət daşıyan layihədən də bəhs edib. O vurğulayıb ki, institut Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən formalaşdırılan və beynəlxalq səviyyədə tətbiq olunan Rifah İndeksi şkalasının tərcümə və cəmiyyətimizə adaptasiyasını hazırlayıb.
Elnur Rüstəmov bu ilin may ayının 18-20 tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “IX Beynəlxalq TURKCESS Təhsil və Sosial Elmlər” konfransında (IX. Uluslararası TURKCESS Eğitim ve Sosyal Bilimler Kongresi) 2 tədqiqat işinin təqdim olunduğunu diqqətə çatdırıb. Sədr tədqiqat işlərinin həm təhsil psixologiyası, həm sosial psixologiya, həm tibbi, həm təşkilatı psixologiya, həm də nevrologiya ilə bağlı olduğunu bildirib. İnstitutda 15 nəfərdən ibarət tədqiqat qrupunun olduğunu deyən Elnur Rüstəmov yaxın gələcəkdə onların sayının artırılacağını vurğulayıb və bu işlərin həyata keçirilməsində dəstək olan professor Bəxtiyar Əliyevə, professor Mehmet Engin Dənizə və desent SeydiAhmet Satıcıya təşəkkür edib.
Yıldız Texniki Universitetinin Təhsil fakültəsinin dekanı professor Mehmet Engin Deniz çıxışında “Psixologiya Zirvəsi-1” konfransı zamanı görülmüş işlərdən bəhs edib. O, Yıldız Texniki Universitetinin bu istiqamətdəki beynəlxalq əlaqələrindən, həyata keçirilən tədbirlərdən, praktik işlərdən söz açıb. Mehmet Engin Deniz qeydedib ki, Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində peşəkarailə psixoloqlarının hazırlığı, psixoloqların təkmilləşdirilməsi istiqamətində birneçə ixtisasartırma proqramları həyata keçirilir. İki qardaş ölkəninmütəxəssislərinin bir araya gəlib psixologiya sahəsində peşəkar kadrlarınyetişdirilməsinə qatdıqları töhfəyə görə məmnunluğunu bildirən professor buəməkdaşlığın daha da genişləndirilməsinin faydalı olacağını deyib.
Açılış mərasimi BSU-nun tələbələrinin özfəaliyyət kollektivinin konserti ilətamamlanıb. Konfrans öz işini bölmələrdə davam etdirib.
Bölmələrdə 13 məruzə dinləniləcək, 2 “workshop” həyata keçiriləcək.
Qeyd edək ki, konfransda seçilmiş məqalələr “Psixologiya” jurnalında dərcolunacaq.