Psixoloq olmaq istəyənlər üçün təhsil imkanı yaradırıq! 

Psixoloq olmaq istəyənlər üçün təhsil imkanı yaradırıq! 

Psixologiya Elmi-Tədqiqat İnstitutu Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə 2023-2024-cü tədris ili üçün Psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsilinə sənəd qəbulu elan edir.

Yenidənhazırlanma təhsili ilə bağlı suallara cavab:

Kimlər müraciət edə bilər? 

– Yenidənhazırlanmaya TƏHSİLDƏ SOSİAL – PSİXOLOJİ XİDMƏT və əvvəlki illərdə PSİXOLOGİYA təhsili almış şəxslər müraciət edə bilərlər. 

Bu təhsil məzunlar üçün hansı imkanları yaradır?

– Bu təhsilə yiyələnməklə psixoloq kimi fəaliyyət göstərə bilərsiniz. 

 Proqramın üstünlükləri nələrdir?

 Yenidənhazırlanma proqramı psixologiya sahəsində beynəlxalq təhsil proqramına və təcrübəyə əsasən hazırlanıb. 

Həmçinin dərslər kurikulum sisteminə əsasən, müasir tələblərə uyğun keçiriləcək. 

Dərsləri kimlər tədris edir? 

– Dərslər bu sahədə həm nəzəri, həm də praktik biliklərə malik mütəxəssislər tərəfindən tədris olunacaq.

Bu təhsil proqramını uğurla bitirlənlər üçün hansısa imkanlar yaradılırmı? 

– Yenidənhazırlanma təhsilini uğurla başa vuran, tədris müddətində yüksək dərs nəticələri və fəallığı ilə seçilən şəxslərə Psixologiya Elmi-Tədqiqat İnstitutunda işləmək imkanı yaradılacaq. 

Yenidənhazırlanma təhsili almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər: 

– *Ərizə;*

– *Şəxsiyyət vəsiqəsinin surəti;*

– *Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;*

– *Cari ilin bakalavr məzunları üçün ali məktəbi bitirmək haqqında arayış;*

– *Əmək kitabçasının surəti (işləyənlər üçün);*

– *3×4 sm ölçüdə 4 ədəd fotoşəkil;*

– *Sağlamlıq haqqında arayış;*

– *CV (Anket).*

Sənədlər 2023-cü il iyul ayının 3-dən sentyabr ayının 10-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək PsETİ-nin Əlavə təhsil və innovasiyalar şöbəsində qəbul edilir.

 Yenidənhazırlanma təhsili almaq üçün instituta sənəd vermiş şəxslərlə müsahibə təşkil edilir.

Müsahibəni uğurla keçənlər müqavilə yolu ilə yenidənhazırlanma ixtisasına qəbul olunurlar.

 Tədris Azərbaycan dilində aparılır.

Təhsil haqqı müqavilə əsasında ödənilir.

Yenidənhazırlanma təhsili almış şəxslərə müvafiq dövlət sənədinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” ilə tənzimlənir.

*Məzunlara aldıqları ixtisas üzrə işləmək hüququ verən vahid formalı dövlət sənədi (diplom) verilir.*

Qəbul ilə əlaqədar aşağıdakı ünvana və ya elektron poçta müraciət edə bilərsiniz. 

Ünvan: Bakı şəhəri, Ziya Bunyadov pr., 38

Tel.: 012/480-36-29 

Mobil: 070/268-27-08

Email: [email protected]

Son məqalələr

Online Qeydiyyat