Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun üzvləri ilə görüşüb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun üzvləri ilə görüşüb.

Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov aparılan tədqiqatların istiqamətlərindən danışıb. Sədr vurğulayıb ki, institutun tədqiqat qrupu tərəfindən təhsil, tibb sahələrində, eləcə də, ailələr, müxtəlif yaş qrupları üzrə sosial-psixoloji tədqiqat işləri aparılır, nəticələri təhlil edilir. O bildirib ki, bu tədqiqat işlərinin yüksək indeksli jurnallarda çap olunması aparılan işlərin yüksək səviyyədə dəyərləndirilməsinin göstəricisidir.
Elnur Rüstəmov əhəmiyyətli elmi araşdırmaların hazırlanmasında əməyi olan tədqiqat qrupu üzvlərinə təşəkkürünü bildirib və nailiyyətlərinə görə onları təbrik edib.

Professor Bəxtiyar Əliyev çıxışında neyropsixoloji aparatlar, onların tətbiqi və bu sahə üzrə çalışan mütəxəssislərdən danışıb. O qeyd edib ki, mütəxəssislərin bilikli olması, nəticələri təhlil edə bilməsi olduqca vacibdir. Bununla bağlı təhsil səviyyəsinin yüksəldilməsinin vacib məqam olduğunu əlavə edib, doktorantura və magistraturaya qəbul olan, eyni zamanda, yaxın günlərdə psixologiya üzrə fəlsəfə doktoru dərəcəsi alan tədqiqatçıları təbrik edib, onlara uğurlar arzulayıb.
Bəxtiyar Əliyev tədqiqat işlərinin aparılması ilə bağlı Azərbaycanda test adaptasiyasının vacibliyini qeyd edib. O vurğulayıb ki, institutda Test Adaptasiya Mərkəzinin yaradılmasını dəstəkləyir, xüsusilə, “Rifah şkalası”nın Azərbaycan dilinə adaptasiya olunmasını yüksək qiymətləndirib.

Professor bu günlərdə “Məktəb iqliminin öyrənilməsi” mövzusunda elmi-tədqiqat işinin aparılması və onun beynəlxalq səviyyəli, yüksək indeksli jurnallarda çap olunmasını təhsil sahəsində, məktəb mühitinin öyrənilməsində vacib addım olduğunu bildirib və qeyd edib ki, həmin tədqiqatdan alınan nəticələr məktəb mühitində tətbiq olunmalıdır.

Professor Bəxtiyar Əliyev həmçinin institut tərəfindən çap olunan kitablardan, metodik vəsaitlərdən bəhs edib. Metodik resursların artırılması, kitabların yazılmasının vacibliyini vurğulayıb. O, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları və Türkiyənin professor, dosent heyətinin məktəb psixologiyası ilə bağlı birgə hazırlanmış kitabı yüksək qiymətləndirib, testlərin adaptasiyasında modelləmə işinin aparılması, bununla bağlı təlimlərin verilməsi, potensial kadrların hazırlanması barədə öz fikirlərini bildirib.

Daha sonra beynəlxalq indeksli jurnallarda çap olunan məqalələr haqqında danışılıb.
Psixologiya elmi üzrə aparılan bu tədqiqatların və əldə edilən nəticələrin təhsil sahəsi, cəmiyyət üçün əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, həmin tədqiqatların psixologiya sahəsində müxtəlif istiqamətlərin və mövzuların inkişafına təsiri müzakirə edilib.

Sonda tədqiqat qrupu üzvləri ilə görüləcək işlər barədə müzakirə aparılıb, onların rəyləri dinlənilib.

Son məqalələr

Online Qeydiyyat