Psixologiya Elmi Tədqiqat İnstitutunun və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Uşaq psixologiyasının əsasları” üzrə ixtisasartırma təlimlərinə başlanılıb.
Avqustun 31-də Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Gəncə, Lənkəran və Quba şəhərlərində təlim keçiblər.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov Lənkəran şəhəri Həzi Aslanov adına 3 nömrəli tam orta məktəbdə olub. O, təlimin gedişatı ilə maraqlanıb və iştirakçıların təlimlə bağlı rəylərini dinləyib, onlarla müzakirə aparıb.