Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları sentyabrın 5-dən başlayaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində yerləşən bir sıra məktəblərdə təlimlər keçirilib.
Bugünkü təlimlər Xırdalan şəhəri 2 və 9 nömrəli tam orta məktəblər, Bakı şəhəri 2, 4, 5, 281 və 92 nömrəli tam orta məktəblərdə, eləcə də, Psixologiya Elmi-Tədqiqat İnstitutunda təşkil olunub.
Təlim “Təhsil psixologiyası”, “Təlim prosesində psixoloji xidmətin rolu” və “Uşaq psixologiyasının predmeti və vəzifələri” mövzularını əhatə edib.