Psixologiya Elmi-Tədqiqat İnstitutunda Peşəkar Psixoloq Təcrübə Proqramının növbəti dərsi keçirilib. Dərs hibrid formada, həm canlı, həm də onlayn baş tutub.
Psixologiya Elmi Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva “Koqnitiv davranış terapiyası” mövzusundan bəhs edib.
Eyni zamanda, psixoloq texnikaların istifadə qaydalarını iştirakçılara praktik şəkildə rollu oyunlarla göstərib.
Öz bilik və təcrübəsini bölüşdüyü üçün Mətanət Əliyevaya təşəkkür edirik.