24Media.az-ın “1 sual, 1 cavab” rubrikasına f.ü.f.d Elnur Rüstəmov müsahibə verib. O, depressiyanın səbəblərindən və onunla mübarizədən danışıb

Yeniyetmələrdə yaranan depressiyanın səbəbləri nələrdir?

24Media.az-ın “1 sual, 1 cavab” rubrikasına f.ü.f.d Elnur Rüstəmov müsahibə verib. O, depressiyanın səbəblərindən və onunla mübarizədən danışıb. 

-Yeniyetmələrdə yaranan depressiyanın səbəbləri nələrdir?

Depressiyadan əziyyət çəkən bir çox insanlar üçün simptomlar adətən məktəb, universitet, iş, sosial fəaliyyətlərdə nəzərəçarpacaq problemlər yaradacaq qədər şiddətli olur. Bu zaman fərd səbəbini bilmədən özünü bədbəxt və ya mənasız biri kimi hiss edir. Məlumdur ki, depressiv əlamətlər və depressiya kimi problemlər öz yolunu məhz yeniyetməlik dövründən götürür. Yeniyetmənin depressiya yaşamasının bir çox səbəbləri var. Məsələn, yeniyetməlik dövrünə qədəm qoyan uşaq öz fəaliyyətlərinə görə dəyərsizlik və qeyri-adekvatlıq hissləri ilə qarşı-qarşıya olur. Bu yaşlarda depressiyanın yaranmasına dəlalət edən digər faktor isə yeniyetməlik dövründə valideynlərin övlada bəslədikləri yanlış münasibət zamanı ortaya çıxan anlaşılmazlıq, güvənsizlik və dəyərsizlik duyğusudur. Yeniyetmələrdə depressiyanın ən çox müşahidə edilən əlamətləri apatiya, baş, mədə və bel ağrısı, yorğunluq, dostlardan uzaqlaşma, özünü çarəsiz hiss etmək, yaddaş pozuntusu, üsyankar davranış, kədər, narahatlıq və ya ümidsizlik hissidir. Bəzən məsuliyyətsiz davranış; öhdəlikləri unutmaq, dərsə gecikmək, dərsdən yayınmaq və digər əlamətlər də özünü göstərir. 

Depressiyanı müalicə etmək üçün dərmanlar və psixoterapiya da daxil olmaqla müxtəlif üsullardan istifadə olunur. Əgər yeniyetmənin depressiyasına ailə münaqişəsi səbəb olarsa, bu zaman ailə terapiyası da faydalı ola bilər. Yeniyetmələrdə depressiya zamanı valideynlərin üstünə düşən əsas vəzifələrdən biri də onun narahatlıqlarını dinləmək üçün vaxt ayırmaqdır.
Son olaraq bir nüansı da qeyd edim ki, mütəxəssis seçərkən yeniyetmənin fikrini almaq mütləqdir. Əgər yeniyetmənin motivasiyalı şəkildə psixoloq dəstəyinə yetəri qədər məsuliyyətlə cəlb olunmasını istəyirsinizsə, onların seçimlərinə hörmətlə yanaşın.

https://24media.az/5259-yeniyetmelerde-yaranan-depressiyanin-sebebleri-nelerdir.html

Son məqalələr

Online Qeydiyyat